Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Şamil Muxtar Oğlu
  • Doğum Tarixi: 22.03.1953
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Məmmədov Şamil Muxtar oğlu 22 mart 1953-cü ildə Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olmuşdur. O, 1970-ci ildə Xanlar (indiki Göygöl) rayonunda yerləşən 2 nömrəli orta məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirmişdir. Şamil Məmmədov 1972-ci il noyabr ayının 29-da həqiqi hərbi xidmətə çağırılmış və 1974-cü il noyabr ayının 11-də xidməti başa vurub geri dönmüşdür. O, 1975-ci il fevral ayının 2-də ailə həyatı qurmuşdur. 1978-ci ilin avqustunda 344 saylı Gizirlər Məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. Daha sonra 777 saylı hərbi hissədə gizir olan Şamil anbar rəisi vəzifəsinə təyin olunmuş, anbar rəisi qulluğu zamanı özünü nizam-intizamlı, vəzifəsini layiqincə yerinə yetirən gizir kimi göstərmişdir. Hərbi rəhbərliyin bütün göstərişlərini yerinə yetirən Şamil yoldaşları arasında çox sevilmiş, kollektivin böyük hörmətini qazanmışdır. Hərbi hissənin ictimai həyatında fəal iştirak edən Şamil çox sadə olmaqla yanaşı, mənəvi və fiziki cəhətdən yaxşı inkişaf etsə də, sovet ordusunda baş vermiş bir sıra haqsızlıqlara dözə bilməmiş və 1981-ci ildə öz razılığı ilə hərbidən tərxis olunmuşdur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən törədilmiş Xocalı faciəsindən sonra dinclik tapa bilməyən Şamil Məmmədov 1992-ci ilin iyun-iyul aylarında yenidən könüllü olaraq hərbiyə yollanmış, gizir kimi anbar rəisi vəzifəsində xidmət etməyə başlasa da, Qazax rayonunda keçirilən gənc əsgərlərin təlimlərinə qatılmış və dəfələrlə döyüş bölgələrində olmuşdur. 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonunun döyüş bölgəsinə təhvil verib geri dönməli olsa da Şamil bunu etməmiş, döyüş bölgəsində vəziyyətin ağır olduğunu görüb geri dönməkdən imtina edərək çətin vəziyyətdə olan əsgərlərinin yanında qalmaq qərarına gəlmişdir. 1992-ci il noyabr ayının 4-də Ağdərə rayonu uğrunda gedən qızğın döyüşlərin birində yaralı əsgəri döyüş yerindən çıxaran zaman gizir Məmmədov başından aldığı güllə yarasından həlak olmuş və qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Vətən uğrunda canından keçən gizir Məmmədov Şamil Muxtar oğlunun cəsədini döyüş bölgəsindən çıxarmaq mümkün olmadığı üçün bu günə qədər də şəhidin ailəsinə təsəlli ola biləcək quru məzarı belə yoxdur.
                                                        
Məmmədov Şamil Muxtar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş