Məmmədov Bayram Şirin oğlu 22 fevral 1960-cı ildə Qax rayonunun Qaşqaray kəndində anadan olmuşdur. O, 1977-ci ildə Qaşqaray kənd orta məktəbini bitirdikdən sonra Gəncə şəhəri 89 saylı texniki-peşə məktəbinə qəbul olmuş və 1979-cu ilin iyul ayında həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bayram Məmmədov 1982-ci il iyun ayından noyabr ayına kimi, yəni altı ay 22558 saylı hərbi hissənin tərkibində gizirlər məktəbini oxumuş və əla qiymətlərlə oranı başa vurmuşdur. Həmçinin Bayram Məmmədov Ukrayna Respublikasında Lenin komsomolu adına Xarkov Ali Hərbi Aviasiya Radioelektronika Məktəbinə daxil olmuş və 1985-ci ilin iyul ayında həmin məktəbi fərqlənmə ilə bitirmişdir. O, 1986-cı ildə ailə qurmuş, Zəminə və Sima adlı iki qız övladı dünyaya gəlmişdir. Bayram Məmmədov 1987-ci ilin fevral ayından 1989-cu ilin oktyabr ayına qədər 20190 saylı hərbi hissədə radiotexnik təmin tağımının komandiri vəzifəsində xidmət etmişdir. 1987-ci il oktyabr ayının 29-da SSRİ Müdafiə Nazirinin əmri ilə ona «leytenant» zabit rütbəsi verilmişdir. 1989-cu ilin oktyabrından 1992-ci ilin iyun ayına qədər 18333 saylı hərbi hissədə rabitə və radiotexnik təmin tağımının komandiri vəzifəsində xidmət etmişdir. 1989-cu il oktyabr ayının 30-da 40914 saylı hərbi hissənin komandirinin əmri ilə Bayram Məmmədova «baş leytenant» rütbəsi verilmişdir. 1992-ci ilin iyul ayında Gəncə hərbi polisində tağım komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. 1993-cü il fevral ayının 7-də axşam saatlarında Bayram Məmmədov iş yoldaşları 27 nəfər hərbi polis işçiləri ilə birlikdə Ağdərə rayonunun Mehmanlı kəndinin 1462-ci yüksəkliyinin müdafiəsinə göndərilmişdir. Bayram Məmmədov 9 fevral 1993-cü il tarixdə həmin yüksəkliyin müdafiəsi zamanı gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə şəxsi igidlik və şücaətinə görə Məmmədov Bayram Şirin oğlu ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunmuşdur.
Məmmədov Bayram Şirin Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.