Məmmədov Aqil Səməd oğlu 30 iyun 1969-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. O, 1984-cü ildə həmin rayonunun 2 saylı məktəbin 8-ci sinfini bitirdikdən sonra 1984-1987-ci illərdə Xanlıq kəndindəki texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Bundan sonra Füzuli rayonundakı sürücülük məktəbini bitirmiş və Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlamışdır. Aqil Məmmədov 1987-ci ildə hərbi xidmətə çağırılmış və 1989-cu ilə kimi Orenburq vilayətində həqiqi hərbi xidmət keçmişdir. 1991-ci il Milli ordu yarandıqdan sonra Aqil Məmmədov «Qaranquş» adlı dəstə yaradaraq erməni işğalçılarına qarşı vuruşmuş, dəfələrlə erməniləri əsir götürərək Laçın rayonundan olan əsirlərlə dəyişmişdir. 1992-ci il avqust ayının 6-dan 7-nə keçən gecə Laçın rayonuna gedən yola nəzarət edən Suarası yaxınlığındakı Susuz dağ yüksəkliyindəki düşmən postunu məhv edərək Laçınla əlaqəni bərpa etmək vəzifəsi ona tapşırılmışdır. Məmmədov Aqil Səməd oğlu həmin döyüşdə minaya düşərək şəhidlik zirvəsinə ucalmış və Qubadlı rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur. O, ailəli olmuş və bir qız övladı yadigar qalıbdır. Aqil Məmmədovun ruhuna hörmət əlaməti olaraq Qubadlı rayonundakı küçə və məktəb onun adını daşıyır. Eyni zamanda Gəncə şəhərindəki keçmiş Suvorov küçəsi hazırda Aqil Məmmədovun adını daşıyır.
Məmmədov Aqil Səməd Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.