Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Məmmədov Zabit Ənvər Oğlu
  • Doğum Tarixi: XX.XX.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Məmmədov Zabit Ənvər oğlu 1968-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşdur. O, Sarıtala kənd orta məktəbini bitirdikdən sonra Volqaqradda hərbi xidmətdə olmuşdur. Zabit Məmmədov hərbidən qayıtdıqdan sonra Gəncə Toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır. O, 1988-ci ildə ailə qurmuşdur. Zabit Məmmədov 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə çağırılmışdır. 1994-cü ildə Qubadlı rayonunun müdafiəsi zamanı yaralansa da, müalicə olunduqdan sonra yenə cəbhəyə yollanmışdır. Bir neçə döyüş tapşırıqlarının həyata keçirilməsində layiqli iştirak etmiş, tez bir zamanda özünəməxsus döyüş qabiliyyəti ilə əsgər yoldaşları arasında böyük hörmət sahibi olmuşdur. Məmmədov Zabit Ənvər oğlu 25 aprel 1994-cü ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndi uğrunda gedən mübarizə zamanı döyüş tapşırığını yerinə yetirərkən yaralanaraq ermənilər tərəfdə qalmış və 20 may 1994-cü ildə hökumət orqanları tərəfindən ermənilərlə danışıq aparılaraq meyiti geri alınmışdır. Zabit Məmmədov Tovuz rayonunun Sarıtala kəndində dəfn olunmuş və şəhidin ruhuna hörmət əlaməti olaraq Sarıtala kənd orta məktəbi onun adını daşıyır.
Məmmədov Zabit Ənvər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş