Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Atakişıyev Rəsul Qələrdən Oğlu
  • Doğum Tarixi: 30.09.1960
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rəsul Atakişiyev 1960-cı il sentyabr ayının 30-da Goranboy rayonunun Qara Süleymanlı kəndində fəhlə ailəsində dünyaya gəlmişdir. Ailənin ilk övladı olmuşdur. 1977-ci ildə Goranboy rayonu 2 №-li orta məktəbi bitirmişdir. Hələ 14 yaşında ikən Rəsul atasını itirmişdir. Kasıb bir ailədə böyüyən Rəsul 9 saylı Gəncə texniki-peşə məktəbini bitirdikdən sonra bir müddət kinomexanik işləmişdir. Uşaqlıqdan hərbçi olmaq istəyirdi.
Rəsul Atakişiyev 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. O, 1981-ci ildə Gəncədəki 777 saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Qulluq etdiyi hava-desant qüvvələrində 103 dəfə paraşütdan tullanmışdır ki, bu da normadan 3 dəfə artıq idi. Qulluq etdiyi müddətdə Litvanın Kaunas şəhərində 6 aylıq gizirlər kursuna göndərilmişdir. Hərbi xidmətə olan sonsuz marağı komandirlərin diqqətini cəlb etmişdir. 1983-cü ilin avqustunda mayor Suxalitkanın təkidi ilə Leninqraddakı Komsomolun 50 illiyi adına Hərbi Siyasi Məktəbə oxumağa göndərilmişdi. 1987-ci ildə ali zabitlər məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra SSRİ Daxili Qoşunların Mərkəzi İdarəsinin 53-cü gözətçi briqadasında 6484 №-li hərbi hissənin 10-cu manqasında bölük komandirinin siyasi işlər üzrə müavini təyin olunmışdu. Elə həmin ildə də ailə həyatı qurmuşdur. Azərbaycanda baş verən hadisələr hər bir qeyrətli vətən oğullarını rahat buraxmadığı kimi, Rəsulu da narahat etmişdi.

Ermənilərin Azərbaycana təcavüz etməsinə dözməyən Rəsul Atakişiyev Azərbaycana gəlməsi üçün raport yazır. Onu bu fikrindən döndərənlərə « Azərbaycanlılara mən peşəkar hərbçi kimi lazımam. Vətənimin mənim kimi oğullara ehtiyacı var. İndi getməsəm müharibədən sonra «mən də azərbaycanlıyam» deyib necə geri dönərəm».  O, 1991-ci ilin dekabrında Azərbaycana qayıdır. Gəncədəki 5477 saylı polis batalyonunda qərargah rəisi təyin olunur.

1992-ci ilin sentyabrında isə kapitan Ağakişiyev hərbi hissəyə tabor komandiri təyin olunur. Ən çox sevdiyi rütbə kapitan rütbəsi idi. Kəlbəcər, Narışdar, Artek, Qaragöl və s. istiqamətlərdə döyüşlərdə olmuş, Drambon, Mehmanə, Kaçaqort, Poqasamer, Çıldıranın alınmasında iştirak etmişdir. 1992-ci il sentyabrın 19-da başından qəlpə yarası almış, Ağdərə hərbi hospitalında 3 gün yatdıqdan sonra həkimlərin təkidinə baxmayaraq döyüşlərə qayıtmış, yenidən ön sırada vuruşmuşdur.Son döyüşü 1992-ci il noyabrın 19-da Sırxavənd uğrunda gedən qanlı döyüş olmuşdur. Bu dəfə beyin nahiyəsindən güllə yarası alan Rəsul yerindəcə keçinmişdir. Bunu görən əsgərlər ayağa qalxaraq komandirin intiqamını almaq üçün hücuma keçmiş və 3 saat davam edən döyüşdən sonra Sırxavənd ermənilərdən alınmışdır.

Ailəli idi. 2 övladı var: Rəfail və Bənövşə. Rəsul çox ailəcanlı, mehriban, qayğıkeş bir insan idi. Anasının Rəsul üçün dediyi hər kəlmə hökm idi. Lakin vətəni müdafiə etməyi anasından da, ailəsindən də üstün tutdu. Onun yoldaşları, dostları deyirdilər ki, söhbət əsnasında Rəsul deyirmiş: «Bircə şeyi dəqiq bilirəm ki, mən ölsəm belə, arxayınam ki, mənim adım çəkiləndə oğlum fəxr edəcək».

Yüksək döyüş qabiliyyətinə malik olan Rəsul Qələndər oğlu Ağakişiyev hörmətli prezidentimiz cənab İlham Əliyevin qərarı ilə 2005-ci il mayın 6-da «İgidliyə görə» medalı ilə təltif olunmuşdur.
Atakişıyev Rəsul Qələrdən Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş