Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Qurbanov Qurban Rəhim Oğlu
  • Doğum Tarixi: 11.03.1968
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Qurbanov Qurban Rəhim oğlu 11 mart 1968-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. O, Daşkəsən rayonunda yerləşən Puşkin adına orta məktəbi bitirdikdən sonra 1984-1986-cı illərdə Sibirdə həqiqi hərbi xidmətdə olmuşdur. Qurban Qurbanov hərbidən qayıtqdan sonra Gəncə şəhərində Qənbər Hüseynli adına Musiqi məktəbinin qarmon ixtisası sinfinə daxil olmuşdur. Lakin torpaqlarımızın müdafiəsinə can atan Qurban Qurbanov 1991-ci ildə Musiqi texnikumunun 2-ci kursunda oxuyarkən təhsilini yarımçıq qoyub cəbhəyə yollanmışdır. O, əvvəlcə Qazax, sonra isə Ağstafa rayonlarının müdafiəsində böyük igidlik göstərmişdir. Qurban Qurbanov 1992-ci ildə Qazax rayonunun müdafiəsi zamanı sifətinin sağ tərəf nahiyyəsindən qəlpə yarası alsa da, 15 gün hərbi məntəqədə müalicə olunduqdan sonra yenə döyüş yoldaşlarının yanına qayıdaraq vətənin müdafiəsinə qalxmışdır. O, 1993-cü ildə könüllülərlə birgə Gəncə batalyonundan ibarət olan 701 saylı hərbi hissənin tərkibində Murovdağa getmişdir. O, döyüş zamanı həmişə öndə olmuş, yüksək döyüş qabiliyyəti və nizam-intizamı ilə əsgər yoldaşları arasında böyük hörmət sahibi olmuşdur. Qurbanov Qurban Rəhim oğlu 11 fevral 1994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşsə də, 30 aprel 2001-ci ildə Kəpəz rayon Məhkəməsinin qərarı ilə ölmüş elan edilmişdir.                                                            
Qurbanov Qurban Rəhim Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş