Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Qəhrəmanov Samiq Məhəmməd Oğlu
  • Doğum Tarixi: 31.08.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Qəhrəmanov Samiq Məhəmməd oğlu 31 avqust 1973-cü ildə Gəncə şəhərində sənətkar ailəsində anadan olmuşdur. Samiq 7 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Gəncə şəhər Maşınqayırma Texnikumuna daxil olmuşdur. O, texnikumda oxumaqla yanaşı 2 saylı Uşaq Gənclər İdman məktəbində güləşlə məşğul olmuşdur. Keçmiş SSRİ-nin bir çox şəhərlərində keçirilən ölkə yarışlarının qalibi olmuş və qiymətli mükafatlarla təltif olunaraq idman ustası adına layiq görülmüşdür. Samiq Qəhrəmanov əsgərliyə çağırılan vaxt hərbi komissarlığın nəzdində olan avtomobil sürücülük məktəbini bitirsə də Maşınqayırma texnikumunu bitirməmiş, 1991-ci ildə ordu sıralarına çağırılmış və erməni işğalçılarına qarşı qəhrəmanlıqla vuruşmuşdur. Samiq Qəhrəmanov Biləcəridə yerləşən 54-56 saylı hərbi hissənin tərkibində 6 aylıq hazırlıqdan sonra Zəngilan rayonunun Qazançı kəndinə göndərilərək dəstə komandiri vəzifəsinə təyin olunmuşdur. O, çox şərəfli döyüş yolu keçmişdir. Döyüş dostları onu mərd, qorxmaz, cəsur insan kimi tanımışlar. Komandirləri tərəfindən ona verilmiş döyüş tapşırıqlarını layiqli və vaxtında yerinə yetirən Samiq tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Samiq Qəhrəmanov döyüş yoldaşları ilə birlikdə qısa bir müddət ərzində 2 erməni səngərini almış, 3-cü erməni səngərini alan zaman isə düşmən gülləsinə tuş gələrək yaralanmış, lakin buna baxmayaraq o, komandiri tərəfindən verilən tarşırığı sonadək yerinə yetirməyə çalışmış, səngərə çatarkən ikinci erməni gülləsi Samiqi irəliyə doğru getməyə imkan verməmişdir. İgid həmyerlimiz aldığı güllə yarası ilə 21 avqust 1992-ci il tarixdə elə oradaca qəhrəmancasına həlak olmuş və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Qəhrəmanov Samiq Məhəmməd Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş