Qasımov Yusif Telman oğlu 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1986-ci ildə Orconikidze şəhərində DİN-nin məktəbinə daxil olmuş, oxuduğu illərdə Sumqayıt hadisələri zamanı daxili qoşunların tərkibində iştirak etmiş, göstərdiyi layiqli xidmətinə görə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif edilmişdi. O, oxuduğu illərdə Özbəkistan Respublikasında baş vermiş qarışıqlığı nizama salmaq üçün oraya getmiş və bir həftə orada qalmışdır. O, hərbi məktəbi bitirdikdən sonra Gəncə şəhərində «N» saylı hərbi hissədə komandir vəzifəsində çalışmışdır. Leytenant Yusif Qasımov 1990-1992-ci illərdə Gəncə şəhərində xidmət göstərmiş, savadlı, nizam-intizamlı bir zabit kimi tanınmışdır. 1992-ci ilin mart ayında 10 günlük Kəlbəcər rayonuna göndərilsə də bacarıqlı zabitə ehtiyacı olan hərbi hissə əsgərlərə döyüş qabiliyyətini öyrətmək üçün Yusif Qasımovu 20 gün orada saxlamışdır. 1992-ci ilin may ayında onu yenidən döyüş bölgəsinə yollamışlar, iyul ayının 19-da Yusif Qasımov itkin düşmüşdür. Sonradan ailə üzvlərinə məlum olmuşdur ki, Yusif Qasımov döyüş yoldaşları ilə birlikdə 5 kəndi erməni işğalçılarından azad etmişlər, «Atek», «Qurd yuvası» adlanan yerdə mühasirəyə alınmışlar. 1992-ci ilin sentyabr ayında qara yeşikdə kül gətirib Yusifin xidmət etdiyi hərbi hissəyə vermişlər ki, Yusifin dəstəsini, yəni 41 döyüşçünü bir dama salıb yandırmışlar. Bundan sonra hərbi hissə rəhbərliyinin iştirakı ilə həmin kül Baki şəhərinə aparılıb bir məzarın içərisində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Hazırda da həmin məzarın üstündə Qasımov Yusif Telman oğlu ilə yanaşı 41 əsgərin adları var.
Qasımov Yusif Telman Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.