Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İsmayılov Zaur İsmayıl Oğlu
  • Doğum Tarixi: 15.08.1976
  • Şəhər: Gəncə
  • Rütbə: Kapitan
  • Dövr: I Qarabağ Müharibəsi
İsmayılov Zaur İsmayıl oğlu 15 avqust 1976-cı ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. O, 1991-ci ildə Nəbiağalı qəsəbəsində yerləşən natamam orta məktəbi əla qiymətlərlə bitirmiş, sonra təhsilini davam etdirərək 1993-cü ildə Samux rayonunun İnstitut qəsəbəsində yerləşən tam orta məktəbi bitirmişdir. Zaur İsmayılov orta məktəbdə oxumaqla yanaşı, 1989-cu ildə Nəbiağalı qəsəbəsində qarmon ixtisası  üzrə musiqi məktəbini bitirmişdir. 24 iyul 1989-cu ildə, 13 iyun 1990-cı ildə, 7 mart 1990-cı illərdə şagirdlərin 1-ci şəhər spartakiadasının proqramına daxil olan dzyudo güləşi üzrə yarışda 65-75 kq çəki dərəcəsində 3-cü yerə çıxdığı üçün EƏQ, ÜKİC Gəncə Şurasının sədri tərəfindən diplomlarla təltif olunmuşdur. O, 1993-cü ildə Gəncə şəhər Xalça kombinatının Mədəniyyət sarayının nəzdində «Diş texnikliyi» ixtisasını bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş, 1995-ci ildə həmin məktəbdə motoatıcı qoşunlarının taktiki komandanlığı ixtisası üzrə tam kursu bitirmişdir. O. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirdikdən sonra Ağdam döyüş zonasında 190 saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət etməyə başlamışdır. Zaur İsmayılov neçə dəfə erməni hücumlarına məruz qalsa da itki verməmişdir. Zaur İsmayılova vətənpərvərlik hissi ana babası Əsgərov Əli İzzət oğlundan keçmişdir. Belə ki, Əli Əsgərov 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştrakçısı olmuş, 1942-ci ildə Mazdok yaxınlığında faşistlərlə gedən qızğın döyüşlərin birində sağ ayağını itirmişdir. Zaur İsmayılov 1997-ci ildə Gəncə şəhərində yerləşən 130 saylı hərbi hissədə xidmət edən zaman kapitan rütbəsi almış, üç il burada işlədikdən sonra döyüş bölgəsi olan Füzuli rayonunda yerləşən 702 saylı hissədə kapitan rütbəsində batalyon komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. Zaur İsmayılov 1999-cu ildə ailə həyatı qurmuş, Rəsul və Rəşad adlı iki oğlan övladı dünyaya gəlmişdir. Zaur İsmayılov Türkiyə dövlətində üç aylıq kurs keçib vətənə qayıtdıqdan sonra Ağcabədi döyüş zonasinda 161 saylı hərbi hissənin tərkibində 5-ci taborda qərargah rəisi vəzifəsində işləmişdir. O, nizam-intizamlı, savadlı zabit olduğuna görə iki dəfə fəxri fərmanla təltif olunmuş və Füzuli döyüş zonasında yerləşən Horodizdə 1-ci tabora komandir təyin edilmişdir. 7 iyun 2004-cü il tarixdə düşmənlər səngərdə növbə çəkən bir əsgərimizi vurmuşlar. Bu xəbəri eşidən batalyon komandiri Zaur İsmayılov yaralı əsgəri səngərdən çıxarda bilmiş, özü isə yenidən ikinci dəfə səngərə yaxınlaşan zaman düşmən snayperindən yan qaça bilməmiş, özü qazdırdığı səngərdə vurularaq 27 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Zaur İsmayılov İmamzadə qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 24 iyun 2005-ci ildə İsmayılov Zaur İsmayıl oğluna ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif olunması haqqında sərəncam verilmişdir.          
İsmayılov Zaur İsmayıl Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş