İsgəndərov Vaqif Əli oğlu 13 may 1969-cu ildə Qərbi Azərbaycanın Samluq qəsəbəsində anadan olmuşdur. 1976-cı ildə Şamluq qəsəbəsi orta məktəbinin 1-ci sinfinə getmiş, 1983-cü ildə isə orta məktəbin 8-ci sinfini bitirmişdir. Vaqif İsgəndərov Azərbaycan SSR-nin Kiravobad (Gəncə) şəhərində yerləşən 27 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və 1986-cı ildə peşə məktəbini fərqlənmə ilə bitirmişdir. O, 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və Rusiya Federasiyasının Murmansk vilayətinin Mançeqorsk şəhərində xidmətini başa vurub 1989-cu ildə geri qayıdaraq Gəncə şəhərinə gəlmişdir. Vaqif İsgəndərov Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən 26 oktyabr 1992-ci ildə hərbi xidmətə çağırılmış və 001 saylı hərbi hissənin tərkibində xidmət göstərməyə başlamışdır. O, 27 oktyabr 1992-ci ildə Ağdam və Ağdərə rayonlarının müdafiəsində gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Vaqif İsgəndərov Murov dağında gedən döyüşlərdən qayıtdıqdan sonra 02 noyabr 1992-ci ildə 3 saylı batalyonun tərkibində Tovuz, Ağstafa, Gədəbəy uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 30 dekabr 1992-ci ildə Gədəbəy rayonunun Saratovka kəndi uğrunda gedən qızğın döyüşlərin birində düşmən snayperinin gülləsinə tuş gələrək qəhrəmancasına həlak olmuş və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
İsgəndərov Vaqif Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.