Şəhidlərimiz — I Qarabağ Müharibəsi


İsayev Məmmədrəsul Əliisgəndər Oğlu
  • Doğum Tarixi: 20.08.1963
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
İsayev Məmmədrəsul Əliisgəndər oğlu 20 avqust 1963-cü ildə Şəki rayonunun Aşağı Küngüt kəndində anadan olmuşdur. Küngüt kənd orta məktəbini bitirdikdən sonra 1981-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və iki il sovet ordusu sıralarında xidmət etdikdən sonra öz yaşadığı kəndə qayıtmışdır. O, kolxozda təsərrüfatla məşğul olaraq əmək fəaliyyətinə başlamışdır. Məmmədrəsul İsayev 15 dekabr 1990-cı ildə ailə qurub Şəki rayonunda yaşamaya başlamış və Ülviyyə adlı bir qız övladı dünyaya gəlmişdir. Xocalı soyqırımından sonra haqsızdıqlara dözə bilməyən Məmmədrəsul İsayev könüllü olaraq cəbhəyə yollanmışdır. İlk döyüş yolunu Şuşanın müdafiəsindən başlamış, erməni faşistlərinə qarşı amansız döyüşsə də, onun döyüş yolu çox qısa olmuşdur. Döyüş dostları onu mərd, qorxmaz, cəsur insan kimi tanıyırdılar. Komandirləri tərəfindən ona verilmiş döyüş tapşırıqlarını layiqli və vaxtında yerinə yetirən Məmmədrəsul tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Məmmədrəsul İsayev 08 may 1992-ci ildə Şuşanın işğalı günü itkin düşmüşdür. 28 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikasının Apellyasiya məhkəməsinin 1 MK 326-2003-cü il tarixli qətnaməsinə əsasən ölmüş elan edilmişdir.                                                 
İsayev Məmmədrəsul Əliisgəndər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş