Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Xudiyev Vaqif Firuddin Oğlu
  • Doğum Tarixi: 25.03.1965
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Xudiyev Vaqif Firuddin oğlu 25 mart 1965-ci ildə İmişli rayonunun Şahverdili kəndində anadan olmuşdur. Hələ uşaq yaşlarında ikən valideynləri ilə birlikdə Gəncə şəhərinə köçmüş və 1982-ci ildə Gəncə şəhəri 34 saylı orta məktəbi bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra Sverdlovsk şəhərində Ali Hərbi Məktəbə daxil olmuş və 1986-cı ildə həmin məktəbi fərqlənmə ilə başa vurmuşdur. Bundan sonra Vaqif Xudiyev Ukrayna Respublikasının Çerniqov şəhərində leytenant kimi hərbçi fəaliyyətinə başlamışdır. O, 1988-ci ildə ailə qurmuş və 2 övladı dünyaya gəlmişdir. 1992-ci ildə vətənin başı üzərini qara buludlar alan zaman Vaqif Xudiyev Gəncə şəhərinə gəlmiş, 930 saylı hərbi hissənin tərkibində mayor rütbəsi ilə batalyon komandiri vəzifəsində xidmət etmişdir. 1993-cü ildə 930 saylı hərbi hissə Tərtər rayonuna köçdüyü üçün Vaqif Xudiyev xidmətini hərbi hissənin tərkibində Tərtər rayonunda davam etdirmişdir. 1994-cü ildə 930 saylı hərbi hissə Füzuli rayonu ərazisində yerləşən 706 saylı hərbi hissəyə köçürülmüşdür. Vaqif Xudiyev 7 mart 1994-cü il tarixdə Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi uğrunda gedən qızğın döyüşlərin birində şəhid olmuş və 8 mart 1994-cü il tarixdə İmişli rayonunun Göbəktala kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 1994-cü ilin iyul ayında Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə şəxsi igidlik və şücaətinə görə Xudiyev Vaqif Firuddin oğlu ölümündən sonra «Azərbaycan bayrağı» ordeni ilə təltif olunmuşdur. Şəhidin ruhuna hörmət əlaməti olaraq İmişli şəhərində yerləşən «Araz» mədəniyyət sarayı Vaqif Xudiyevin adını daşıyır.
Xudiyev Vaqif Firuddin Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş