Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hüseynov İmamverdi Hüseyn Oğlu
  • Doğum Tarixi: 28.03.1958
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hüseynov İmamverdi Hüseyn oğlu 28 mart 1958-ci ildə Samux rayonunun Aşağıbəyli kəndində anadan olmuşdur. O, həmin kənd orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra Gəncə şəhərində yerləşən 77 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş və dülgərlik peşəsinə yiyələnmişdir. İmamverdi Hüseynov 1976-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, 1978-ci ilə kimi Lvov şəhərində xidmət etmişdir. O, hərbidən qayıtdıqdan sonra Gəncə şəhər Taxıl Məhsulları Kombinatında fəhlə kimi əmək fəaliyyətinə başlamış, qabaqcıl işçılərdən olmuşdur. İmamverdi Hüseynov 1982-ci ildə ailə qurmuş və bir qız övladı dünyaya gəlmişdir. O, 1992-ci ilin fevral ayında könüllü əsgərliyə getmiş və 708 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. Hüseynov İmamverdi Hüseyn oğlu 1994-cü ilin yanvar ayının 4-də Beyləqan rayonunun müdafiəsində düşmən gülləsi nəticəsində beyin nahiyyəsindən yaralanmış, dəfələrlə beyin və sinir nahiyyələrindən əməliyyat olunmuş, sonuncu dəfə 5 may 1997-ci il tarixdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunsa da, aldığı güllə yarası nəticəsində vəfat etmişdir. İmamverdi Hüseynov İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.
Hüseynov İmamverdi Hüseyn Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş