Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hüseynov Zahir Zabil Oğlu
  • Doğum Tarixi: 10.07.1981
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hüseynov Zahir Zabil oğlu 10 iyul 1981-ci ildə Samux rayonunun Alıuşağı kəndində anadan olmuşdur. O, 10-cu sinfə kimi Alıuşağı kənd orta məktəbində təhsil alsa da, atası hərbçi olduğu üçün atasının işi ilə əlaqədar olaraq valideynləri ilə birlikdə Füzuli rayonunun Horadiz qəsəbəsinə getmişlər. Zahir Hüseynov təhsilini orada davam etdirərək Horadiz qəsəbəsində yerləşən Mahir Səfərov adına orta məktəbi bitirmişdir. O, güclü idmançı olmuş, orta məktəbdə oxuyarkən Samux rayonu üzrə keçirilən idmanın sambo güləşi üzrə yarışda ikinci yeri tutaraq fəxri fərmanla təltif olunmuşdur. Orta məktəbi bitirdikdən sonra Zahir Hüseynov ailəsi ilə birlikdə Gəncə şəhərinə gəlib burada məskunlaşmışlar. 1999-cu ilin iyul ayında Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Hacıqabulda yerləşən Daxili Qoşunlarda xidmət edib 2001-ci ildə hərbidən qayıtmışdır. Bundan sonra Zahir Hüseynov 2001-ci ildə Bakı şəhərində yerləşən «Salyanski» adlanan hərbi məktəbə daxil olmuş, oranı bitirdikdən sonra təyinatla Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissəyə gizir rütbəsi ilə göndərilmişdir. Hüseynov Zahir Zabil oğlu 2003-cü il iyul ayının 14-də Füzuli rayonunun Şükürbəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib şəhidlik zirvəsinə ucalmış, 15 iyul 2003-cü ildə Gəncə şəhərinə gətirilərək İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.
Hüseynov Zahir Zabil Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş