Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hüseynov Əhməd Vəli Oğlu
  • Doğum Tarixi: 25.02.1938
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hüseynov Əhməd Vəli oğlu 25 fevral 1938-ci ildə Goranboy rayonunun Bəşirabad kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1953-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, Volqoqrad və Orconikidze şəhərlərində 1958-ci ilə qədər hərbi xidmət keçmişdir. O, hərbidən qayıtdıqdan sonra Gəncə şəhər Gil-Torpaq İstehsalat Birliyində çilingər kimi əmək fəaliyyətinə başlamışdır. Eyni zamanda Əhməd Hüseynov Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirərək mühəndis diplomu almışdır. Ali təhsilli mühəndis kimi Əhməd Hüseynov Gil-Torpaq İstehsalat Birliyində «Quru xammalın üyüdülməsi» sexində rəis müavini, Əlvan Metalların Emalı zavodunda sex rəisi kimi yüksək vəzifələrdə çalışmışdır. Öz ixtisasının mahir bilicisi olan Əhməd Hüseynov Gəncə şəhəri Maşınqayırma zavodunda mühəndis kimi işləməklə yanaşı 9 nömrəli orta məktəbdə gənc nəslə hərbi hazırlıq təliminin sirlərini öyrətmək üçün məsul işin öhdəsindən də məharətlə gəlmişdir. Leytenant Əhməd Hüseynov vətənin başı üzərini qara buludlar alanda rahat dayana bilməmiş, 7 iyun 1993-cü ildə cəbhəyə yollanmışdır. Ağdam rayonunun Şelli, Novruzlu, Boyəhmədli, Mərzili kəndlərinin müdafiəsində komandir müavini kimi böyük qəhrəmanlıq göstərmişdir. Hüseynov Əhməd Vəli oğlu 23 iyun 1993-cü ildə Ağlam rayonunun müdafiəsi uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Övladları Vəli, Bəxtiyar, İntizar və Firuzə atalarının igidliyə ilə daima fəxr edəcəklər.
Hüseynov Əhməd Vəli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş