Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Hümbətov Hətəm Qurban Oğlu
  • Doğum Tarixi: 28.01.1961
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Hümbətov Hətəm Qurban oğlu 28 yanvar 1961-ci ildə Bərdə rayonunun Mirzəalıbəyli kəndində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hətəm Qurbanov hərbidən qayıtdıqdan sonra 1984-cü ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuş, 1990-cı ildə həmin institutu bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. O, 1987-ci ildə ailə qurmuş və bir övladı dünyaya gəlmişdir. Hətəm Qurbanov İnstitutu bitirdikdən sonra Bərdə rayon tikiş fabrikində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. Hətəm Qurbanov 1991-ci ildə Xocalıda açılan tikiş fabrikinə mühəndis kimi göndərildiyi üçün o, ailəsi ilə birlikdə oraya köçmüşdür. Erməni qəsbkarlarının Azərbaycan torpaqları üzərinə hücumları baş qaldıran zaman Hətəm Qurbanov əmək fəaliyyətini yarımçıq qoyaraq 15 noyabr 1991-ci ildə silaha sarılıb cəbhəyə yollanmış, 817 saylı hərbi hissənin tərkibində ərazi özünümüdafiə taborunda qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Hümbətov Hətəm Qurban oğlu erməni daşnaklarının 1992-ci ilin fevral ayının 26-da Xocalıda törətdikləri qanlı hadisə zamanı itkin düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1992-ci il 563 saylı fərmanı ilə Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə şəxsi igidlik və şücaətinə görə Hümbətov Hətəm Qurban oğlu ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif olunmuşdur.
Hümbətov Hətəm Qurban Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş