Məmmədəli Pənah oğlu Aslanov 1958-ci il dekabrın 1-də Gəncə şəhərində anadan olmuşdur. 41 saylı orta məktəbi bitirmişdi. 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Moskva Texnologiya İnstitutuna daxil olmuş və 1982-ci ildə oranı bitirmişdi. Gəncə süd kombinatında əvvəlcə texnoloq, sonra istehsalat rəisi vəzifəsində çalışmışdır. 1989-cu ildə ailə həyatı qurmuşdu. Azərbaycanın başı üstünü qara buludlar alanda, 1993-cü il iyunun 1-də Məmmədəli könüllü olaraq cəbhəyə yollanmışdı. Bakıya hərbi kursa göndərilmiş, kapitan rütbəsi alaraq Gəncədəki 130 saylı hərbi hissəyə qayıtmışdır. Aslanov hərbi hissədə ikinci batalyonda Hava Hücumundan Müdafiə Taboru üzrə komandir müavini təyin olunmuşdu. Xidmət etdiyi müddət ərzində hərbi hissə komandiri tərəfindən qiymətli mükafatlara layiq görülmüşdü.
1993-cü il aprelin 17-də Talış kəndi uğrunda gedən döyüşlərdə yaralıları od-alov içindən «qopararaq» tibbi hissəyə gətirmiş, ikinci və üçüncü cəhdi də uğurlu olmuşdur. Əhalinin təhlükəli zonadan xilas edilməsində böyük igidlik göstərən kapitan Aslanov yanğın olan yerə bir də atılanda ağır yaralanmışdı. İgid döyüşçünün bu hadisədən sonrakı taleyi haqqında heç bir məlumat yoxdur.
Məmmədəli Aslanovun indi həyatda iki qız və üzünü görmədiyi bir oğul övladı yaşayır.
Aslanov Məmmədəli Pənah Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.