Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Həşimov Səlim Kərim Oğlu
  • Doğum Tarixi: XX.XX.1963
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Həşimov Səlim Kərim oğlu 1963-cü ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuşdur. O, 1980-ci ildə Ərdəşəvi kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1981-ci ildə Laçın rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Qazaxıstanda hərbi xidmət keçmişdir. O, hərbi xidməti dövrünü başa vurduqdan sonra hərbi kursa getmiş, kursu bitirdikdən sonra isə Qazaxıstanda qalıb işləmişdir. Erməni qəsbkarlarının Azərbaycan torpaqlarına olan ərazi iddiaları baş qaldıran zamanı Səlim Həşimov könüllü olaraq Qarabağa gəlib Xocalı rayonundakı tikintilərə kömək məqsədi ilə getmişdir. O, bir müddət Xocalıda özünümüdafiə dəstəsində çalışmışdır. Səlim Həşimov ailə qurmuş və bir oğlan övladı dünyaya gəlmişdir. Səlim Həşimov Xocalı faciəsi zamanı rayonun sakinlərini meşə yolu ilə Ağdam rayonuna gətirmişdir. Gizir rütbəli Səlim Həşimov Xocalının bütün əməliyyatlarında iştrak etmişdir. Səlim Həşimov erməni işğalçıları tərəfindən əsir alınmış, düşmənlər igid qəhrəmanın diri-diri ürəyini çıxartsalar da Səlim yenə də «torpaq bizimdir» sözünü dilindən salmamışdır. Səlim Həşimovun ölümündən 6 ay sonra onun Nişanə adlı bir qız övladı dünyaya gəlmişdir.       
Həşimov Səlim Kərim Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş