Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Həsənov Elman Paşa Oğlu
  • Doğum Tarixi: 08.04.1970
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Həsənov Elman Paşa oğlu 8 aprel 1970-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, hərbidən qayıtdıqdan sonra erməni daşnaklarının Azərbaycan torpaqlarına olan işğalçı hücumları baş qaldıranda Elman Həsənov 1989-cu ildə könüllü olaraq Tovuz rayonu özünümüdafiə batalyonuna qoşulmuş, 1992-ci ildə Milli ordu yarandıqdan sonra isə hamı kimi o, da Milli ordu sıralarına yazılmışdır. Elman Həsənov nizam-intizamı, döyüş bacarığı ilə şəxsi heyətin böyük hörmətini qazanmışdır. Elman Həsənov 812 saylı hərbi hissənin tərkibində bir neçə döyüş əməliyyatlarında uğurla iştirak etmişdir. O, Gəncə şəhərində yaşayan Zöhrə adlı bir qızla nişanlanmış, hətta toylarının vaxtı da təyin olunmuşdur. Erməni qəsbkarlarının torpaqlarımıza olan işğalçı iddialarını dəf etmək üçün Elman Həsənov cəbhəyə yollanaraq ağır döyüşlərdə iştirak etmiş, toyuna 3 gün qalmış, yəni 1992-ci il sentyabr ayının 5-də düşmən gülləsinə tuş gələrək həlak olmuş və sentyabr ayının 6-da Tovuz rayonunun Əlibəyli kəndində dəfn olunmuşdur.
Həsənov Elman Paşa Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş