Həsənov Əlişir Nazim oğlu 1 fevral 1964-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olmuş, hələ körpə ikən valideynləri ilə birlikdə ata yurdu Gəncə şəhərinə gəlmişdir. Əlişir Həsənov 1981-ci ildə 30 saylı orta məktəbi bitirmişdir. Əlişir Həsənov 1982-1984-cü illərdə Rusiya Federasiyasının Samara şəhərində hərbi xidmətdə olmuşdur. 1985-ci ildə ailə qurmuş, Teymur və Həsən adlı 2 oğlan övladı dünyaya gəlmişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhər Cihazqayırma zavodunda elektrik sazlayıcısı vəzifəsində işləmişdir. Əlişir Həsənov işləyə-işləyə Gəncə Elektron Sənayesi Texnikumuna daxil olmuş və 1988-ci ildə həmin texnikumun «Avtomatlaşdırılmanın elektron elektrik vasitələrinin istehsalı» ixtisasına yiyələnmişdir.
26 fevral 1992-ci il tarixdə erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımından sonra vətənin ağır dərdi onu rahat buraxmamış, erməni qəsbkarlarının törətdikləri vəhşiliklərə dözə bilməmiş və öz istəyi ilə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə çağırılmışdır. Kiçik leytenant rütbəli Əlişir Həsənov 181 saylı hərbi hissənin tərkibində xidmət etmişdir. 1993-cü ilin iyulunda Ağdamın Yusifcanlı kəndi uğunda gedən döyüşdə xüsusilə fərqlənmiş, döyüş taktikası ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmışdır. 17 fevral 1994-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən qızğın döyüşlərin birində həlak olmuş və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli fərmanı ilə Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə şəxsi igidlik və şücaətinə görə Həsənov Əlişir Nazim oğlu ölümündən sonra «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunmuşdur.
Həsənov Əlişir Nazim Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.