Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Həmzəyev Mirnəcəf Seyidmüzəffər Oğlu
  • Doğum Tarixi: 29.05.1955
  • Şəhər: Gəncə
  • Rütbə: Baş Gizir
  • Dövr: I Qarabağ Müharibəsi
Həmzəyev Mirnəcəf  Seyidmüzəffər oğlu 29 may 1955-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1972-ci ildə Gəncə şəhəri 29 nömrəli orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Gəncə Baza İnşaat Texnikumuna daxil olubdur. Mirnəcəf Həmzəyev 1973-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 1975-ci ildə hərbi xidmətini Moskva şəhərində başa vuraraq geri qayıtmışdır. Mirnəcəf Həmzəyev 1977-ci ildə ailə həyatı qurub və birgə nikahdan 3 övladı dünyaya gəlibdir. Mirnəcəf Həmzəyev 1978-ci ildən etibarən Gəncə şəhərində 21357 saylı hərbi hissədə praporşik vəzifəsində işləmyə başlamışdır. 1991-ci ildə o, Gəncə şəhər Hərbi Polis Şöbəsinin zona üzrə hərbi polis dəstəsində tağım komandiri vəzifəsində çalışmışdır.
 Mirnəcəf Həmzəyev Qarabağ uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmiş, döyüş taktikası ilə əsgər yoldaşları arasında böyük hörmət qazanmışdır. O, nizam-intizamlı olmağı ilə yanaşı, həm də yüksək döyüş bacarığı ilə tez bir zamanda əsgər yoldaşlarının hörmətini qazanmış, dəfələrlə ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Həmzəyev Mirnəcəf Seyidmüzəffər oğlu 10 fevral 1993-cü ildə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Nizami rayon məhkəməsinin 23 iyul 2007-ci il tarixli qətnaməsinə əsasən şəhid elan edilmişdir.
Həmzəyev Mirnəcəf Seyidmüzəffər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş