Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Həmzəyev Məhbub Fərman Oğlu
  • Doğum Tarixi: 21.03.1961
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Həmzəyev Məhbub Fərman oğlu 21 mart 1961-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, Gəncə şəhəri 28 nömrəli orta məktəbi bitirdikdən sonra peşə məktəbində qaynaqçı peşəsinə yiyələnmişdir. Erməni qəsbarlarının Azərbaycan torpaqlarına qarşı iddiaları baş qaldıranda Məhbub Həmzəyev silaha sarılaraq vətənin müdafiəsinə yollanmış, Ağdam, Fizuli, Beyləqan rayonlarının müdafiəsində igidlik göstərmişdir. Məhbub Həmzəyev vətənin müdafiəsi uğrunda gedən ağır döyüşlərin iştirakçısı olmuş, bir neçə döyüş əməliyyatlarında böyük şücaət göstərmişdir. Düşmən tankının səngərə tərəf irəliləməsinin qarşısını almaq məqsədilə əlində əl qumbarası ilə tankın üstünə getmiş, qəhrəmanlıq göstərərək həm tankı partlatmış, həm də özünü öldürmüşdür. Beləliklə Həmzəyev Məhbub Fərman oğlu 10 dekabr 1993-cü ildə Beyləqan rayonu uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Həmzəyev Məhbub Fərman Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş