Əsgərov Sadiq İsaq oğlu 24 yanvar 1965-ci ildə Daşkəsən rayonunun Mollahəsənli kəndində anadan olmuşdur. O, 1982-ci ildə Mollahəsənli kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1983-1985-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra hərbi sahəyə böyük həvəsi olduğu üçün 1986-cı ildə xüsusi hərbi kurs keşmişdir. Sadiq Əsgərov 1986-cı ildən 1990-cı ilə qədər Gəncə şəhərində hərbçi kimi işləmiş, sonra isə 1990-cı ildən 1992-ci ilin fevral ayına qədər Xanlar rayon Hərbi Komissarlığında bölmə rəisi vəzifəsində çalışmışdır. Xocalı faciəsi Sadiq Əsgərova çox pis təsir etmiş, o, 1992-ci ilin fevral ayında öz istəyi ilə Gədəbəy bölgəsində gedən döyüşlərə qatılmışdır. Gədəbəy bölgəsində Şınıx, Mutudərə və başqa kəndlərin müdafiəsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərmiş və hərbi hissə komandiri kimi xidmət etmişdir. Onun ən böyük arzusu Hərbi Akademiyaya daxil olmaq və ali hərbi təhsil almaq olmuşdur. Hərbi işləri yaxşı bacardığına görə hərbi hissə komandiri tərəfindən 1993-cü ildə Mərkəzi Zabit kursuna göndərilmiş və leytenant rütbəsi almışdır. Sadiq Əsgərov dəfələrlə döyüşlərdə yaralanmış, Şəmkir və Gəncə hospitalında müalicə olunub yenidən cəbhəyə qayıtmışdır. 18 yanvar 1994-cü il tarixdə ermənilər tərəfindən atılmış top mərmisinin partlayışı nəticəsində Gədəbəy rayonu ərazisində faciəli şəkildə şəhid olmuş və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə şəxsi igidlik və şücaətinə görə Əsgərov Sadiq İsaq oğlu ölümündən sonra «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunmuşdur. Sadiq Əsgərov ailəli idi və 2 övladı var.
Əsgərov Sadiq İsaq Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.