Əsgərov Səfaləddin Sadəddin oğlu 9 iyun 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 43 saylı orta məktəbi bitirdikdən sonra 1983-1988-ci illərdə 9 saylı peşə-məktəbində oxumuş və suvaqçı-rəngsaz peşəsinə yiyələnmişdir. Səfaləddin Əsgərov 1986-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, 1988-ci ildə Kalininqrad şəhərində hərbi xidmətini başa vurub vətənə qayıtmışdır. O, hərbidən qayıtdıqdan sonra fərdi əməklə məşğul olmuşdur. Səfaləddin Əsgərov 1992-ci ilin fevral ayında könüllü olaraq cəbhəyə yollanmış, 826 saylı hərbi hissənin tərkibində ermənilərə qarşı vuruşmuşdur. O, nizam-intizamlı olmağı ilə yanaşı, həm də yüksək döyüş bacarığı ilə tez bir zamanda əsgər yoldaşlarının hörmətini qazanmış, dəfələrlə ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Əsgərov Səfaləddin Sadəddin oğlu 26 iyun 1993-cü ildə Ağdam rayonunun Buəhmədli kəndində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib həlak olmuş və 27 iyun 1993-cü ildə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 1994-cü il tarixli fərmanı ilə Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiəsində gedən döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətinə görə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir. Şəhidin ruhuna hörmət əlaməti olaraq Gəncə şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Əsgərov Səfaləddin Sadəddin Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.