Əsgərov Ramiz Cəmil oğlu 18 mart 1959-cu ildə Gəncə şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra peşə məktəbinə daxil olmuş və çilingər peşəsinə yiyələnmişdir. O, 1978-1980-ci illərdə Xabarovsk şəhərində həqiqi hərbi xidmət keçmiş, leytenant rütbəsi ilə ehtiyatda olan zabit olmuşdur. Ramiz Əsgərov hərbidən qayıtdıqdan sonra 1980-1984-cü illərdə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlamışdır. O, 17 mart 1993-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmışdır. Ramiz Əsgərov əvvəlcə 877 saylı hərbi hissənin tərkibində, sonra isə 28 mart 1993-cü ildən etibarən 701 saylı hərbi hissənin tərkibində Kəlbəcər rayonunun müdafiəsinə göndərilmişdir. O, 1993-cü il aprel ayının 5-də Pereşüküldən vertalyotla Kəlbəcər rayonuna uçan zaman düşmən tərəfindən vertalyotu vurulmuş, onun meyitini tapmaq mümkün olmamış və itkin düşmüşdür. 31 may 2000-ci il tarixli 2232-2000 saylı Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə Əsgərov Ramiz Cəmil oğlu ölmüş elan edilmişdir. Şəhidin Elvira adlı bir qızı yadigar qalıb.
Əsgərov Ramiz Cəmil Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.