Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əsədov Natiq Əsəd Oğlu
  • Doğum Tarixi: 06.06.1966
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əsədov Natiq Əsəd oğlu 6 iyun 1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, Gəncə şəhəri 3 saylı orta məktəbi bitirdikdən sonra üç il Dəniz Silahlı Qüvvələrində xidmətdə olmuş, hərbidən qayıtdıqdan sonra isə Gəncə şəhərində Tikinti Trestində sürücü vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Natiq Əsədov 1988-ci ilin noyabr ayında ailə qurmuşdür. O, 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmış, Ağdərə, Ağdam rayonlarının müdafiəsində böyük igidlik göstərmişdir. 1993-cü ilin əvvəllərində ehtiyata buraxılsa da, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı faiciələrə dözə bilməyib 1993-cü il noyabr ayının 27-də könüllü olaraq cəbhəyə yollanmışdır. Ağdərə, Tərətər rayonlarının müdafiəsində igidlik göstərmişdir. Əsədov Natiq Əsəd oğlu 27 dekabr 1993-cü ildə Tərtər rayonu uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək yaralanmış, Bakı şəhər Mərkəzi Xəstəxanasına aparılsa da həkimlərin səyinə baxmayara 6 yanvar 1994-cü ildə vəfat etmiş və 7 yanvar 1994-cü ildə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. İgid qəhrəmanın Tural adlı bir oğlan övladı yadigar qalmışdır.
Əsədov Natiq Əsəd Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş