Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əliyev Ruhlan Novruz Oğlu
  • Doğum Tarixi: 19.09.1974
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Əliyev Ruhlan Novruz oğlu 19 sentyabr 1974-cü ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1981-ci ildə Zəngilər kənd orta məktəbinin 1-ci sinfinə getsə də 1988-ci ildə valideynləri ilə birlikdə öz tarixi torpaqlarından qovulub Gəncə şəhərinə pənah gətirmişlər. Ruhlan Əliyev Gəncə şəhəri 19 saylı beynəlmiləl məktəbin rus bölməsində təhsilini davam etdirmişdir. O, 1989-cu ildə 8-ci sinfi bitirdikdən sonra Gəncə Avtomexanika Texnikumuna qəbul olmuş və 1993-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarmışdır. O, 1993-cü ildə texnikumu bitirdikdən sonra Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmış, Azərbaycanın bir çox rayon və kəndlərinin erməni işğalçılarından müdafiə olunmasında böyük qəhrəmanlıq göstərmişdir. Əliyev Ruhlan Novruz oğlu 1994-cü il mart ayının 20-də səhər saat 07 radələrində Füzuli rayonunun Alıxanlı kəndinin erməni işğalçılarından müdafiə olunması zamanı böyük igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Əliyev Ruhlan Novruz Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş