Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Ələkbərov Hidayət Qasım Oğlu
  • Doğum Tarixi: 23.03.1965
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Ələkbərov Hidayət Qasım oğlu 23 mart 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. O, Yevlax şəhər 3 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gəncə şəhərinə gəlmiş, buradakı 27 saylı texniki-peşə məktəbinə daxil olaraq 1983-cü ildə həmin peşə məktəbini bitirib çilingərlik peşəsinə yiyələnmişdir. Hidayət Ələkbərov 1983-1985-ci illərdə Belorusiyada sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. O, hərbi xidmətdən qayıtdıqdan sonra Yevlax nəqliyyat müəssisəsində əvvəl usta köməkçisi, sonra isə usta kimi işləmişdir. Hidayətgilin ailəsi böyük olmuş və o, ailənin beşinci övladı olmuşdur. 1993-cü ildə Füzuli ətrafında erməni işğalçıları ilə aparılan qanlı döyüşlərdə cəbhəyə könüllü getmiş Hidayət Qasımov igidliklə vuruşmuş, tez bir zaanda zabit-əsgər heyətinin böyük hörmətini qazanmışdır. Ələkbərov Hidayət Qasım oğlu 14 yanvar 1994-cü ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Yevlax rayonu Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
 
Ələkbərov Hidayət Qasım Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş