Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əhmədov Mədət Hümbət Oğlu
  • Doğum Tarixi: 18.11.1954
  • Şəhər: Gəncə
  • Rütbə: Mayor
  • Dövr: I Qarabağ Müharibəsi
Əhmədov Mədət Hümbət oğlu 18 noyabr 1954-cü ildə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olmuşdur. O, Əmirvar kənd orta məktəbini bitirdikdən sonra 1972-1974-cü illərdə sovet ordusu sıralarında xidmət etmişdir. O, hərbidən qayıtdıqdan sonra Rusiya Federasiyasının Kalininqrad şəhərində Ali Hərbi Məktəbə qəbul olmuş və həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək leytenant rütbəsinə yüksəlmişdir. Mədət Əhmədov 1980-ci ildən etibarən Gəncə şəhərində yerləşən hərbi aeroportda «İl-76» markalı təyyarədə işləmişdir. O, 1983-1984-cü illərdə təyyarəçi işlədiyi müddət ərzində Hindistanda, Əfqanıstanda, Vyetnamda dövlət əhəmiyyətli xüsusi tapşırıqlı səfərlərdə olmuşdur. Həmçinin, Vyetnamda işlədiyi dövr ərzində Vyetnam dövləti tərəfindən «tərifnamə» almışdır. Erməni daşnakları ilə başlayan ilk müharibə dövründə Mədət Əhmədov 130 saylı hərbi hissənin tərkibində baş leytenant rütbəsi ilə bölük komandiri, rabitə rəisi vəzifələrində xidmət etmişdir. İgid həmyerlimizin rəhbərlik etdiyi hərbi dəstə həmişə öndə vuruşmuşdur. Əhmədov Mədət Hümbət oğlu 1994-cü il yanvar ayının 1-də Ağdərə uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuş, Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Mədət Əhmədova ölümündən sonra mayor rütbəsi verilmişdir. O, ailəli olmuş, Elsevər adlı bir oğlu, Lalə və Nailə adlı iki qızı var.
Əhmədov Mədət Hümbət Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş