Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Əhmədov Firudin Nürəddin Oğlu
  • Doğum Tarixi: XX.XX.1959
  • Şəhər: Gəncə
  • Rütbə: Mayor
  • Dövr: I Qarabağ Müharibəsi
Əhmədov Firudin Nürəddin oğlu 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdur. O, Gəncə şəhəri 30 saylı orta məktəbi bitirdikdən sonra 1976-cı ildə Ç.İldırım adına Politexnik İnstitutunun «Mexanika və maşınqayırma» şöbəsinə daxil olmuşdur. Firudin Əhmədov təhsil aldığı illərdə qabaqcıl tələbə olmaqla yanaşı həm də idmanla məşğul olmuşdur. Firudin Əhmədov 1981-ci ildə təhsilini başa vurduqdan sonra əsgəri xidmətə yollanmış, Ukrayna Respublikasında hava qüvvələrindən müdafiə batalyonunda xidmət edərək leytenant rütbəsinə yiyələnmişdir. Əsgəri xidmətini başa vuran Firuddin Əhmədov radio zavodunda adi mühəndisdən baş mühəndisə kimi yüksəlmişdir. Vətənin başı üzərini qara buludlar alan zaman digər qeyrətli oğullar kimi Firudin Əhmədov da sakit dayana bilməmiş, müharibənin ilk günlərindən silaha sarılaraq leytenant rütbəsi ilə cəbhəyə yollanmışdır. Onun döyüş yolu Goranboyun Todan, Buzluq, Mənəş, Erkəc, Başkənd və Gülüstan kəndlərindən başlamışdır. Daha sonraki illərdə isə reaktiv artilleriyası üzrə yüksək ixtisaslı zabit olan Firuddin Əhmədov Laçın, Kəlbəcər, Ağdərənin Dranbom, Çıldıran, Aterk, Qestaped, Ağdamın Şelli, Mərzili kəndləri uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Firudin Əhmədov 1993-cü ildə Ağdərə rayonunun böyük starteji əhəmiyyəti olan Vaqouz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək xeyli erməni faşistlərini məhv etmişdir. Firudin Əhmədov həmin döyüş zamanı onun yaxınlığına atılan mərmi atəşindən yaralanaraq ağır kontuziya alıb hospitala göndərilmişdir. Həkimlər ona dincəlməyi məsləhət etsələr də, bir neçə ay müalicə olunduqdan sonra o, yenidən cəbhəyə yollanmışdır. O, leytenant rütbəsindən mayor rütbəsinə qədər yüksəlmiş, 1995-ci ildə 157 saylı hərbi hissənin batalyon komandiri vəzifəsində xidmət göstərmişdir. Əhmədov Firudin Nürəddin oğlu 1995-ci ildə 157 saylı hərbi hissənin tərkibində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. O, ailəli olmuş, Nurəddin və Seymur adlı iki oğlan övaladı var.
Əhmədov Firudin Nürəddin Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş