Abdullayev Rəhman Qafar oğlu 31 yanvar 1956-cı ildə Daşkəsən rayonunda anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Rəhman Abdullayev 1980-ci ildə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuş və 1986-cı ildə «Faydalı qazıntı yataqlarının yeraltı işlənilməsinin texnologiya və kompleks mexanikləşdirilməsi» ixtisası üzrə tam kursu bitirərək mühəndis ixtisasına yiyələnmişdir. O, 1986-1993-cü illərdə Daşkəsən şəhərində yerləşən Filizsaflaşdırma kombinatında mühəndis vəzifəsində işləmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədər Rəhman Abdullayev 1993-cü il martın 18-də ehtiyatda olan zabit kimi milli ordu sıralarına çağırılmışdır. O, əvvəlcə 877 saylı hərbi hissənin motoatıcı taborunun bölük komandiri vəzifəsində xidmət etməyə başlamış, sonra isə düşmənin Füzuli rayonuna etdiyi hücumu ilə əlaqədər, ön cəbhədə gedən döyüşlərin şiddətlənməsi səbəbindən Rəhman Abdullayev tabeliyində olan bölüklə birlikdə 877 saylı hərbi hissədən Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissəyə göndərilmiş, motoatıcı briqadada motoatıcı taborun bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir. Rəhman Abdullayev xidmət etdiyi hərbi hissənin düşmənlə təmas nöqtəsində yerləşməsi səbəbindən tabeliyində olan hərbi qulluqçularla birlikdə döyüşlərdə iştirak etmişdir. O, iştirak etdiyi döyüşlərdə bir neçə dəfə yaralanmış, lakin yenidən döyüşlərə qatılmışdır. Rəhman Abdullayev Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndinin işğaldan azad edilməsi uğrunda 1994-cü il yanvar ayının əvvəllərində yenidən döyüşlərə qatılmış və kəndin bir hissəsi işğaldan azad edilmişdir. Həmin döyüşlərdə erməni silahlı qüvvələri böyük itki verərək kənddəki mövqelərini bir qədər geri çəkməyə məcbur olmuşlar. 1994-cü il yanvar ayının 10-da düşmənin gecə saatlarında qəfildən etdiyi hücum zamanı Rəhman Abdullayev və tabeliyindəki cəbhə yoldaşları düşmən mühasirəsinə düşərək qəhrəmancasına şəhid olmuşlar. Rəhman Abdullayev ailəli olmuş və iki övladı yadigar olaraq qalmışdır.
Abdullayev Rəhman Qafar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.