Abbasov Ələsgər Əli oğlu 29 dekabr 1959-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olmuşdur. O, Muzdurlar kənd orta məktəbini bitirdikdən sonra Rusiyanın Donetsk şəhərində həqiqi hərbi xidmət keçmişdir. O, hərbidən qayıtdıqdan sonra bir neçə vaxt Səyyar (neft kəşfiyyatında) işləmişdir. Ələsgər Abbasov 1989-cu ildə ailə ailə qurmuş və 1992-ci ildə oğlu Ülvi dünyaya gəlmişdir. Ələsgər Abbasov sonralar Gəncə şəhər Beton zavodunda çalışmışdır. 1993-cü ildə Ələsgər Abbasov da digər oğullarımız kimi silaha sarılaraq döyüşə getmiş, ilk vaxtlar Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonralar isə Ağdam uğrinda gedən döyüşlərdə kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir. O, nizam-intizamı, döyüş bacarığı ilə şəxsi heyətin böyük hörmətini qazanmış, bir neçə döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Abbasov Ələsgər Əli oğlu 1995-ci il sentyabr ayının 23-də kəşfiyyatdan qayıdarkən Ağdamın Afatlı kəndində minaya düşmüşdür. İgid qəhrəmanı müalicə edən hərbi həkimlərin dediklərinə görə, Ələsgər son nəfəsində yeganə övladı olan Ülvinin adını çəkmişdir. 23 sentyabr 1995-ci ildə düşmən gülləsindən aldığı xəsarət nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Goranboy rayonunun Muzdurlar kəndində dəfn olunmuşdur.
Abbasov Ələsgər Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.