Tahir Zeynalov 1963-cü il aprelin 24-də Xankəndinin Kərkicahan kəndində anadan olmuşdur. O, ilk təhsilini Kərkicahandakı 8 illik məktəbdə almışdır. 1980-ci ildə tam orta məktəbi bitirmişdir.
Tahir Zeynalov 1982-1984-cü illərdə Murmansk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Xankəndi İpək kombinatında işləməyə başlamışdır. Tahir 1989-cu ildə Azərbaycan İqtisad İnstitutunun «Əməyin İqtisadiyyatı» fakültəsinə qəbul olmuşdur. İnstitutu qiyabi oxuyan Tahir 1990-cı ildə Xankəndi Polis Şöbəsinə daxil olmuş və həmin gündən vətənin müdafiəsinə qalxmışdır. O, Kərkicahan, Qaybalı, Şuşa, Xəlifəli, Nəbilər və digər döyüşlərdə iştirak etmişdir. O, bu döyüşlərdə qaynı Natiqlə birlikdə neçə-neçə insanların həyatını xilas etmiş və neçə-neçə düşmən postunu məhv etmişdir.
1992-ci il dekabrın 28-də Kərkicahan işğal olundu. Bu döyüşdə Tahirin böyük qardaşı itkin düşmüşdü. Bu hadisədən sonra Tahir daha da amansızlaşdı. Sonra o, Şuşa və ətraf kəndlərində öz mübarizəsini davam etdirdi.
1992-ci il mayın 8-də Şuşanın işğalı günü qaynı Natiq Əmirxan oğlu Şahmuradov da şəhid oldu, kiçik qaynı Namiq Şahmuradov isə itkin düşdü. Bu acı xəbər Tahiri daha da sarsıtdı. Lakin o, yolundan geri dönmədi. Ömrünün şəhidlik zirvəsinə yaxınlaşan Tahirin sonuncu iş yeri Ağdərə rayon Polis İdarəsi oldu. Polis çavuşu Zeynalov işinə tam məsuliyyətlə yanaşardı. 1992-ci il noyabrın 9-da Ağdərə ətrafında gedən döyüşlərdə öz vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. Şəhid olan zaman institutun IV kurs tələbəsi idi. Tahirin itkisi bütün Kərkicahan camaatı üçün dərin hüznə çevrilmişdi. Tahir Zeynalovun həyat yoldaşı Təranə Şahmuradova həyat yoldaşı və qardaşlarının şərəfli sənətini davam etdirmək üçün 1998-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev cənablarının Gəncəyə səfəri zamanı polis orqanlarında işləmək arzusunu möhtərəm Prezidentimizə məktub vasitəsilə bildirmiş və az müddət ərzində ərizəsinə müsbət cavab almışdı. Mayor Şahmuradova Təranə Əmirxan qızı 1988-ci ilin noyabr ayından etibarən Gəncə şəhər Nizami Rayon Polis Şöbəsində Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsində işləyir, hazırda həimn şöbənin rəisi vəzifəsində çalışır. Bu gün Təranə xanım əzizlərinin xatirəsinə layiq öz işində nümunə olmaqla övladları Sadiq və Tahirəni böyüdür. Onların cəsur, qorxmaz, vətənpərvər bir ruhda böyüməsinə çalışır. Tahir Bahadur oğlu Zeynalov Ağdamın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Zeynalov Tahir Bahadur Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.