Fikrət Yusifov 1973-cü il mayın 27-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 1 nömrəli tam orta məktəbdə almışdır. Orta məktəbi əla qiymətlərlə bitirən Fikrət kimya fənnini yaxşı bildiyindən dəfələrlə respublika səviyyəli olimpiadaların qalibi olmuşdur.
Fikrət Yusifov 1992-ci il mayın 7-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. İlk qanlı döyüşü 67987 saylı hərbi hissənin tərkibində Şuşanın kəndində olmuşdur. Sonra polkovnik Ənvər Arazovun rəhbərlik etdiyi batalyonun tərkibində Çıldıran, Atek, Drambon uğrunda döyüşlərdə iştirak etmişdi. Bir neçə kəndin erməni işğalçılarından azad olunmasında fədakarlıq göstərmişdi. Döyüş dostları arasında böyük hörməti vardı. Dəfələrlə yüksək döyüş qabiliyyətinə görə hərbi komandiri tərəfindən qiymətli mükafatlara layiq görülmüşdü. Fikrət Şəmsəddin oğlu Yusifov 1994-cü il yanvarın 23-də qarlı-şaxtalı bir gündə Horadiz ətrafında gedən qanlı döyüşdə əbədiyyətə qovuşmuşdu. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.