Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Yusifov Fərhad Həmid Oğlu
  • Doğum Tarixi: 30.11.1947
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Yusifov Fərhad Həmid oğlu 30 noyabr 1947-ci il tarixdə Goranboy rayonunun Kürəkçay kəndində anadan olmuşdur. O, 3 yaşında olanda ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüş, 20 nömrəli orta məktəbi bitirdikdən sonra 1965-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və uzaq Kamçatkada qulluq etmişdir. 1967-ci ildə Fərhad Yusifov hərbidən qayıtdıqdan sonra Alüminium zavodunda əmək fəaliyyətinə başlamışdır. O, diqqətli və davamiyyətli iş rejimi ilə kollektiv arasında böyük hörmət qazanmışdır. Hər an vətənin azadlığı uğrunda alışıb yanan Fərhad Yusifov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün 1991-ci il tarixdə könüllü olaraq cəbhəyə yollanmış, silaha sarılaraq 708 saylı hərbi hissədə xidmətə başlamışdır. Ağdam rayonunun erməni işğalçılarından müdafiəsində böyük igidlik göstərmiş, qızğın döyüşlərdə öndə olaraq bir neçə uğurlu əməliyyatlarda iştirak etmişdir. Fərhad Yusifov döyüş yoldaşlarını dəfələrlə mühasirədən azad edərək düşmənin silahlı qüvvələrinə ciddi zərbələr endirmiş, əsgər yoldaşları arasında böyük hörmət sahibi olmuşdur. 4 sentyabr 1992-ci il tarixdə Yusifov Fərhad Həmid oğlu Ağdərə bölgəsinin Çıldıran kəndi uğrunda gedən qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gələrək həlak olmuş və Gəncə şəhərinə gətirilib Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Yusifov Fərhad Həmid Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş