Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Vəliyev Mübariz İmamverdi Oğlu
  • Doğum Tarixi: 12.12.1964
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Vəliyev Mübariz İmamverdi oğlu 12 dekabr 1964-cü ildə Gəncə şəhərində anadan olmuşdur. O, 43 saylı orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnmişdir. Mübariz Vəliyev 1982-1984-cü illərdə Almaniya Respublikasında hərbi xidmət keçmiş, sonra vətənə qayıdaraq Gəncə şəhəri Səhiyyə şöbəsində sürücü vəzifəsində işləmişdir. Mübariz Vəliyev 1992-ci ilin fevral ayında Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmış, 128 saylı hərbi hissənin tərkibində Ağdamın Gülablı, Canyataq, Ağdərənin Drambon kəndləri uğrunda gedən döyüşlərdə böyük hünərlə iştirak etmişdir. Mübariz Vəliyev Gədəbəy rayonunun Şınıx bölgəsində döyüş əməliyyatını yerinə yetirən zaman yaralansa da, geri dönməyib sonadək vuruşmuşdur. Nəhayət, Vəliyev Mübariz İmamverdi oğlu 22 sentyabr 1992-ci ildə Laçın rayonunun müdafiəsində döyüş tapşırığını yerinə yetirən zaman erməni gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
 
Vəliyev Mübariz İmamverdi Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş