Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Vəliyev Neman Əli Oğlu
  • Doğum Tarixi: 02.11.1962
  • Şəhər: Gəncə
  • Rütbə: Leytenant
  • Dövr: I Qarabağ Müharibəsi
Neman Vəliyev 1962-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyüyən Neman orta təhsilini İsmət Qayıbov adına 1 saylı orta məktəbdə almışdır. Orta məktəbi əla qiymətlərlə bitirən Neman 1980-1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Elektrikləşdirmə» fakültəsində ali təhsil almışdır. Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Neman bir müddət boru çəkilişi idarəsində mühəndis işləmişdir. Xalq azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur. Uşaqlıqdan erməniləri görən gözü yox idi.

Neman Vəliyev «Cavadxan» adlı könüllü müdafiə dəstəsi yaradaraq erməni işğalçılarına qarşı layiqli cavablar vermişdi. Leytenant Vəliyev cəsur, qorxmaz döyüşçü idi.

Neman Əli oğlu Vəliyev 1990-cı il yanvarın 14-də Çaykənddə döyüş sursatı daşıyan vertalyotdan açılan atəş nəticəsində dostu Səbuhi ilə birgə əbədiyyətə qovuşmuşdu. Gəncənin ilk şəhidlərindəndir.

1984-cü ildə ailə həyatı qurmuşdur.  1 oğul və 1 qız atası idi. Gəncədə Neman Vəliyevin  adına küçə vardır. 1 və 11 nömrəli məktəblərdə onun haqqında sərgi yaradılıb. Xatirəsinə hörmət əlaməti olaraq AKTA-nın «Mexanikləşdirmə» korpusunda barelyefi düzəldilib.
Vəliyev Neman Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş