Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Tahirov Həzrətəli Əziyyət Oğlu
  • Doğum Tarixi: XX.XX.1959
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Tahirov Həzrətəli Əziyyət oğlu 1959-cu ildə Qərbi Azərbaycanın Mehri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1976-cı ildə Gəncə şəhəri 40 saylı orta məktəbi bitirdikdən sonra 1978-ci ilin may ayında Sovet ordusu Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və 1980-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1980-ci ildən 1982-ci ilə qədər Azərbaycan Dəmiryol Gəncə Lokomotiv Deposunda işləmişdir. 1983-cü ildə Litva Respublikasının Kaunas vilayətində 332 nömrəli Praporşiklər məktəbində təhsil aldıqdan sonra 1983-cü ildən 1992-ci ilə qədər Sovet ordusunun Desant qoşunlarında xidmət etmişdir. 1987-ci il iyul ayından 1989-cu ilə qədər Əfqanıstanda döyüş yolu keçmişdir. 1989-cu ildə yenidən vətənə dönmüşdür. Həzrətəli Tahirov 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin çağırışı ilə könüllü olaraq Qarabağın erməni işğalçılarından azad olunması üçün cəbhəyə yollanmış, 25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Qumlaq kəndi uğrunda gedən döyüşlərdə 865 saylı hərbi hissənin tərkibindəki kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində baş gizir rütbəsi ilə xidmət göstərərkən itkin düşmüşdür. İki övlad atası olan Tahirov Həzrətəli Əziyyət oğlu xidməti vəzifə borcunu yerinə yetirərək orden və medallarla təltif olunmuşdur.
Tahirov Həzrətəli Əziyyət Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş