Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Tağıyev Musa Yusif Oğlu
  • Doğum Tarixi: 03.01.1976
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Musa Tağıyev 1976-cı il yanvarın 3-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Sonra 15 saylı texniki-peşə məktəbində oxumuşdur. Peşə məktəbini bitirdikdən sonra  Nizami adına sovxozda işləmişdir. Musa hələ uşaq ikən yahşı şaxmat oynayardı. O, dəfələrlə şəhər miqyaslı yarışların qalibi olmuşdur.

Musa Tağıyev 1994-cü il iyunun 17-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi   xidmətə çağırılmışdır. 172 N saylı hərbi hissədə sıravi atıcı idi. 2 ay Seyfəli kəndində təlim keçəndən sonra Murov dağına getmişdi. Düşmənlə üz-üzə dayanan Musa qoruduğu postda ayıq-sayıq idi.

Dəfələrlə düşmən hücumuna məruz qalmışdır, lakin böyük igidliklə hücumu dəf edə bilmişdi. Musanın göstərdiyi qəhrəmanlıq hərbi hissə komandirinin diqqətindən yayınmamış, dəfələrlə qiymətli mükafatlarla təltif olunmuşdu.

Musa Yusif oğlu Tağıyev 1995-ci il yanvarın 20-də erməni işğalçılarına qarşı döyüşdə şəhid olmuşdur. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Tağıyev Musa Yusif Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş