Tağıyev Faiq Mirəli oğlu 24 yanvar 1974-cü ildə Gəncə şəhərində anadan olmuşdur. O, 14 saylı orta məktəbi bitirdikdən sonra 28 yanvar 1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, 5477 nömrəli Daxili Qoşunlar alayında xidmət göstərməyə başlamışdır. Faiq Tağıyev tez bir zamanda bacarığı və döyüş taktikası ilə seçilmiş, komandiri tərəfindən ona verilən döyüş tapşırıqlarını vaxtında və uğurla yerinə yetirmişdir. O, Kasapet dağının, Drambom, Poqosomer kəndləri və Çıldıranın şimal yüksəkliklərinin alınmasında əsl igidliklər göstərmiş, düşmən əlindən BMP-2 maşınını alan üç nəfərdən biri olmuşdur. Bir neçə döyüş əməliyyatlarının iştirakçısı olmuş, komandirlərin hörmətini qazanmışdır. Hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə valideynlərinə onun barəsində təşəkkürnamələr göndərilmişdir. Faiq Tağıyev 7 sentyabr 1992-ci il tarixdə Çıldıran uğrunda gedən qızğın döyüşlərdə itkin düşmüş və bu günədək də tapılmamışdır. Məhkəmənin 2-34797 ci il tarixli qərarına əsasən Tağıyev Faiq Mirəli oğlu itkin düşdüyü, yəni 7 sentyabr 1992-cü il tarixdən şəhid elan edilmişdir.
Tağıyev Faiq Mirəli Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.