Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Şükürov Yalçın Cabbar Oğlu
  • Doğum Tarixi: 07.08.1972
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Yalçın Şükürov 1972-ci il avqustun 7-də Gəncə şəhərində anadan olmuşdur. Əvvəlcə 8-ci sinfə qədər 24 saylı orta məktəbdə, sonra isə 37 saylı texniki-peşə məktəbində oxumuşdu. Bir müddət Alüminium zavodunda  çilingər işləmişdir. Uşaqlıqdan idmanla məşğul olurdu.

Yalçın Şükürov 1990-1992-ci illərdə Saratov şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən yenicə qayıdan Yalçın ermənilərin haqsızlığına dözə bilmir, könüllü olaraq özünümüdafiə  batalyonuna yazılır. Ağdərə uğrunda gedən döyüşlərdə fəal  iştirak etmişdi. Bacarıqlı kəşfiyyatçı idi.

Yalçın Şükürov 1992-ci il iyulun 3-də beş nəfər döyüşçü ilə düşmən mövqelərini müəyyənləşdirmək üçün kəşfiyyata çıxarkən qəfildən mühasirəyə düşmüşlər. İgid döyüşçülər son nəfəslərinədək vuruşaraq şəhidlik zirvəsinə ucalmışlar. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Şükürov Yalçın Cabbar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş