Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Şahmuradov Natiq Əmirxan Oğlu
  • Doğum Tarixi: 14.08.1963
  • Şəhər: Gəncə
  • Rütbə: Leytenant
  • Dövr: I Qarabağ Müharibəsi
Natiq Şahmuradov 1963-cü il avqust ayının 14-də Kərkicahan kəndində ziyalı ailəsində anadan olmuşdur. Ailədə 4 uşaq idilər: 2 oğlan və 2 qız.
O, ilk təhsilini Kərkicahandakı səkkizillik məktəbdə almışdır. 1980-ci ildə Xankəndində tam orta təhsil almışdır. Tərbiyəsi ilə anası Faizə müəllimə məşğul olurdu.

Natiq Şahmuradov 1981-1983-cü illərdə Sevastopol şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. O, 1985-1986-cı illərdə Xankəndində sürücülük, sonra isə kinomexanik kursunu bitirmişdir. Vətənin əmin-amanlığını qorumaq istəyən Natiq 1987-1988-ci illərdə Xankəndində polis idarəsində işləmişdi.

Natiq Şahmuradov 1989-cu ildə Mərdəkan milis məktəbinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Öz xahişi ilə təyinatını Qarabağın dilbər güşəsi olan Şuşa şəhərinə almışdı. Şuşa şəhərində polis leytenantı Şahmuradov sahə müvəkkili işləmişdi. Natiq Kərkicahan. Şuşa, Nəbilər və digər bölgələrdə döyüşdə iştirak etmişdir. Natiq bu döyüşlərdə yüksək qəhrəmanlıq göstərmişdir. Neçə-neçə insanların, yaralıların həyatını xilas etmişdir. Kərkicahan kəndinə göndərilən gənc əsgərlərə Natiq döyüş təlimi keçirdi. O, Kərkicahan kəndində 17 erməni məhv etmişdir.

1992-ci il dekabrın 28-də Kərkicahan kəndi ermənilər tərəfindən işğal olundu. Natiq qardaşı Namiq ilə birgə Şuşanın müdafiəsində vuruşurdular. Şuşa şəhərində yaralı polislərə yardım edir, onları hospitallarda yerləşdirirdilər. 1992-ci il mayın 8-də Şuşa ermənilər tərəfindən işğal olunduqda Natiq lazım olan dövlət sənədlərini çıxara bilmişdi. O, bu döyüşdə ən güclü hücum olan Şuşa həbsxanası istiqamətində gedən döyüşə yollandı. Son nəfəsində bircə onu edə bildi ki, Şuşa həbsxanasındakı dustaqları azad etdi. Natiq bilirdi ki, dustaqlar düşmən əlinə keçsə, onlar qətlə yetiriləcəklər. O, 20-dən çox erməni məhv etdi. 1992-ci il mayın 8-də Şuşa şəhərində şəhidlik zirvəsinə ucalan Natiqin qardaşı Namiq də elə həmin gün Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.

Natiq Şahmuradov Şəhidlər Xiyabanında dəfn olunmuşdur. 1 oğul və 1 qız atası idi. 1996-cı ildən etibarən Xocalı rayonu Kərkicahan qəsəbə orta məktəbi Natiq Şahmuradovun adını daşıyır. Natiqin həyatı və fəaliyyəti haqqında 2 kitab yazılmışdı.
Şahmuradov Natiq Əmirxan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş