Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Şahmuradov Namiq Əmirxan Oğlu
  • Doğum Tarixi: 05.09.1965
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Namiq Şahmuradov 1965-ci il sentyabrın 5-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olmuşdur. 1983-cü ildə Xankəndindəki 6 saylı orta məktəbin 10-cu sinfini bitirmişdir.

Namiq Şahmuradov 1984-1986-cı illərdə Sevastopol şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Namiq 1987-1990-cı illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. 1991-ci ildə isə indiki Slavyan Universitetinə daxil olmuşdur.

Namiqin ata babası Sultan bəyin nəslindən olduğuna görə ondakı cəsarət və igidlik çox fərqlənirdi. Ən ağır döyüşlərdə belə xüsusi şücaət göstərirdi. Xankəndi, Şuşa və onun ətrafında gedən döyüşlərdə mərdliklə vuruşmuşdur.

Namiq Şahmuradov Şuşada «Qarabağ» Mehmanxanasının təsərrüfat müdiri işləyirdi. Susuz qalan Şuşanı Namiq su ilə təmin edirdi. Namiq Şahmuradov Şuşanın bu ağır günündə su maşını götürmüş, ermənilər tərəfindən qorunan su anbarından Şuşaya su gətirmişdir. Bu sözləri bütün şuşalılar danışırdı. Namiq Gəncədə təşkil olunmuş özünümüdafiə könüllülər dəstəsini də ərzaqla təmin edirdi. O, dəfələrlə Gəncəli hərbçiləri yaralı vəziyyətdə evlərinə gətirmiş, Qarabağa qayıdanda isə ordakı döyüş dostlarına ərzaq tədarükü görmüşdür. Namiq Şahmuradovun Gəncənin müdafiəsində də unudulmaz qəhrəmanlıqları var. O, dəfələrlə Todan və Çaykənd tərəfdən Gəncəyə irəliləyən erməni işğalçılarına ağır zərbələr vurmuş, onların əsgər daşıyan maşınlarını parlatmışdır. Namiq 1992-ci il mayın 8-də Şuşanın işğalı günü qadın və uşaqları Turşsuya çıxarıb qayıdanda idarə etdiyi maşını ermənilərin BMP zirehli maşını tərəfindən vurulmuş və Namiqin sonrakı taleyi haqqında bu günədək heç bir məlumat yoxdu.

Namiqin atası Əmirxan kişi, anası Faizə müəllimə, bacıları Təranə və Kəmalə onun yolunu hələ də səbirsizliklə gözləyirlər. Namiq Şahmuradov ikgin düşəndə Slavyan Univesitetinin II kurs tələbəsi idi.
Şahmuradov Namiq Əmirxan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş