Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Şahbazov Rauf Vaqif Oğlu
  • Doğum Tarixi: 06.03.1970
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rauf Şahbazov 1970-ci il martın 6-da Gəncə şəhərində anadan olmuşdur. Uşaqlıqdan karate ilə məşğul olurdu. 14 yaşında Respublika çempionatında iştirak edən Rauf qızıl medala layiq görülmüşdü. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 9 saylı peşə məktəbində təhsilini davam etdirmiş və avtomobil çilingəri peşəsinə yiyələnmişdir.

O, 1988-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2 il Kemerov şəhərində hərbi xidmət etdikdən sonra 1990-cı ildə geri qayıtmışdır. Rauf Şahbazov 1992-ci ildə ailə həyatı qurmuş, bir övladı dünyaya gəlmişdir. 1992-ci il avqustun 26-da erməni qəsbkarları tərəfindən törədilən Xocalı faciəsindən sonra Rauf könüllü olaraq cəbhəyə yollanmış, 181 saylı hərbi hissədə sıravi atıcı vəzifəsində xidmət etmişdir. Ağdamda, Ağdərədə, Murovdağda, Füzulidə, Beyləqan rayonlarında vuruşmuşdur. Tərtər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə böyük igidlik göstərmişdi. Rauf Şahbazov böyük döyüş yolu keçmişdir. Tərtər rayonunun kəndlərindən bir neçəsinin müdafiəsində böyük şücaət göstərmişdir. Göstərdiyi yüksək xidmətə görə 1993-cü il sentyabrın 6-da Rauf Şahbazovun ailəsinə hərbi hissə komandiri tərəfindən «Təşəkkür» məktubu göndərmişdir.

Şahbazov Rauf Vaqif oğlu 1993-cü il  dekabrın 15-də Beyləqanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük hünərlə şəhidlik zirvəsinə ucalmış və və 16 dekabr 1993-cü ildə dəfn olunmuşdur.
Şahbazov Rauf Vaqif Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş