Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Şahbazov Ərəstun Rəfail Oğlu
  • Doğum Tarixi: 27.03.1974
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Ərəstun Şahbazov 1974-cü il martın 27-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1991-ci ildə texniki-peşə məktəbini bitirmişdir. Bir müddət Büllur zavodunda mühəndis vəzifəsində işləmişdir.

Ərəstun Şahbazov 1993-cü il martın 20-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi   xidmətə çağırılmışdır.  67987 saylı hərbi hissədə vuruşmuşdu.

Füzuli rayonunda vəziyyət həddindən artıq gərgin olduğu üçün Ərəstunu və döyüş yoldaşlarını 1993-cü ilin noyabr ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndinə göndərmişlər. Döyüş yolu qısa olsa da bir neçə uğurlar qazanmışdır. Erməni qəsbkarlarına qarşı hazırladığı əməliyyatlarda fəal iştirak etmişdi. Göstərdiyi hərbi xidmət yuxarı komandanlıq tərəfindən layiqincə mükafatlandırılmışdı. Ağdamda qanlı döyüşlərin iştirakçısı olmuşdur. Ağdam ətrafında göstərdiyi igidliyə görə 1993-cü il dekabrın 5-də hərbi hissə komandiri tərəfindən fəxri fərman və beş günlük məzuniyyət vərəqəsi ilə təltif olunmuşdur.

Ərəstun Rəfail oğlu Şahbazov 1994-cü il yanvarın 8-də Füzuli bölgəsində şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.
Şahbazov Ərəstun Rəfail Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş