Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Şahbazov Cavanşir Əmir Oğlu
  • Doğum Tarixi: 08.11.1967
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Şahbazov Cavanşir Əmir oğlu 8 noyabr 1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 41 saylı orta məktəbin 8-ci sinfini 1982-ci ildə bitirdikdən sonra 1985-ci ilə qədər 3 il 77 saylı texniki-peşə məktəbində oxumuş və tornaçı peşəsinə yiyələnmişdir. Cavanşir Şahbazov 1985-1987-ci illərdə sovet ordusu sıralarına çağırılaraq Ukrayna Respublikasında 2 il hərbi xidmət keçdikdən sonra Gəncə şəhərinə qayıtmışdur. O, hərbi xidmətdən qayıtdıqdan sonra Gil-Torpaq İstehsalat Birliyində kükürd sexinə aparatçı vəzifəsinə təyin olunmuşdur. Cavanşir Şahbazov 21 oktyabr 1990-cı ildə ailə qurmuş və 2 qız övladı dünyaya gəlmişdir. O, zavodda işləyən zaman 20.08-1993-cü il tarixdə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən hərbiyə çağırılmışdır.

Cavanşir Şahbazov əvvəlcə Ağdam rayonu ərazisində yerləşən 701 saylı hərbi hissədə xidmət etmiş, sonra 701 saylı hərbi hissənin tərkibində  kömək üçün irəliyə doğru gedərək Beyləqan rayonunu erməni təcavüzkarlarından müdafiə etmişdir. Cavanşir Şahbazov da həmin hərbi hissənin tərkibində böyük hünər göstərmiş, döyüşlərdə həmişə öndə getmiş və rəhbərlik etdiyi 21 nəfərdən ibarət əsgərlərin tağım komandiri olmuşdur. Şahbazov Cavanşir Əmir oğlu 11 dekabr 1994-cü il tarixdə Ağdam rayonu uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına həlak olmuş, meyiti Gəncə şəhərinə gətirilərək 12 dekabr 1994-cü il tarixdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şahbazov Cavanşir Əmir Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş