Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Şabanov Şöhrət Vilayət Oğlu
  • Doğum Tarixi: 29.04.1968
  • Şəhər: Gəncə
  • Dövr: I Qarabağ Müharibəsi
Şöhrət Şabanov 1968-ci il aprelin 29-da Gəncə şəhərində anadan olmuşdur. Qeyrətli, vətənpərvər bir gənc idi. 1985-ci ildə 37 saylı orta məktəbi bitirmişdir. 1986-1988-ci illərdə Qazaxıstanda hərbi xidmətdə olmuşdur. 

Hərbi xidmətdən qayıtdıqdan sonra Xalça-mahud Kombinatında mühafizəçi işləmişdir. O, uşaqlıqdan idmanın boks növü ilə məşğul olmuşdur. Görkəmli məşqçi Çingiz Pirverdiyevin tələbəsi olmuş, Beynəlxalq yarışlarda iştirak etmiş, müxtəlif medallarla, fəxri fərmanlarla təltif edilmişdir. 1990-cı il noyabr ayının 24-də ailə həyatı qurmuş, 1992-ci il oktyabr ayının 12-də Tural adında oğlu dünyaya gəlmişdir.1992-ci il dekabr ayının 10-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi   xidmətə çağırılmışdır. Döyüş yolu həddindən artıq qısa olmuşdur. 551 saylı hərbi hissədə vuruşmuşdu. 
Şöhrət Şabanov göstərdiyi hərbi xidmətə görə 1993-cü il martın 1-də hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Bir neçə kəndin müdafiəsində fəal mübarizə aparmışdı. Zabit-gizir heyəti arasında böyük hörməti vardı.

Şöhrət Vilayət oğlu Şabanov 1993-cü il martın 7-də ağır döyüşlərdən birində şəhid olmuşdur. Meyitini tapmaq mümkün olmamışdır.
Şabanov Şöhrət Vilayət Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş