Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Süleymanov Tofiq Süleyman Oğlu
  • Doğum Tarixi: 31.08.1967
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Süleymanov Tofiq Süleyman oğlu 31 avqust 1967-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olmuşdur. O, 1984-cü ildə Gədəbəy rayon Novoivanovka kənd orta məktəbini bitirdikdən sonra 1985-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 1985-ci ildən 1987-ci ilə kimi Almaniya Demokratik Respublikasında xidmət etmişdir. O, xidməti dövründə nümunəvi əsgər kimi bir çox medallarla təltif oliunmuşdur. Tofiq Süleymanov xidməti başa vurub vətənə qayıtdıqdan sonra Gədəbəy Rayon Komissarlığının göndərişi ilə 24 oktyabr 1989-cu ildə yenidən cəbhəyə yollanmış, Gəncə şəhər 708 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. O, 1989-cu ildən 1991-ci ilə kimi baş çavuş aviomexanik vəzifəsində çalışmışdır. 1990-cı ildə ailə qurmuş, bir övladı dünyaya gəlmişdir. Tofiq Süleymanov 1992-ci ildən etibarən 730 saylı hərbi hissənin tərkibində bütün döyüşlərdə yaxından iştirak etmiş, komandirləri tərəfindən ona verilmiş döyüş tapşırıqlarını layiqli və vaxtında yerinə yetirmişdir. Tofiq Süleymanov 5 noyabr 1993-cü ildən 171 saylı hərbi hissənin tərkibində 2-ci Motoatıcı taborunun minaatan batareyasının komandiri vəzifəsində çalışmışdır. Süleymanov Tofiq Süleyman oğlu 25 mart 1994-cü il tarixdə Gədəbəy rayonunun Şınıx bölgəsində döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmancasına şəhid olmuş və yaşadığı Novoivanovka kəndində dəfn olunmşdur.
Süleymanov Tofiq Süleyman Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş