Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Süleymanov Natiq Kamal Oğlu
  • Doğum Tarixi: 15.01.1961
  • Şəhər: Gəncə
  • Rütbə: Polkovnik
  • Dövr: I Qarabağ Müharibəsi
Natiq Süleymanov 1961-ci il yanvarın 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 6 saylı orta məktəbdə alan Natiq uşaqlıqdan boksla məşğul olmuş, dəfələrlə şəhər üzrə keçirilən yarışların qalibi olmuşdur.  1983-cü ildə Azərbaycan  Kənd təsərrüfatı İnstitutunu bitirəndən sonra təyinatla Tümen vilayətinə işə göndərilmişdi.

Natiq Süleymanov dörd il həqiqi hərbi xidmətdə olmuşdur. Polkovnik Süleymanov böyük xidmət yolu keçmişdir. Ona verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və layiqincə yerinə yetirirdi. Qərib ölkədə vətənin adını uca tutan Süleymanov dəfələrlə hərbi hissənin fəxri fərmanına layiq görülmüşdü.

Qarabağ savaşı başlayanda Natiq Süleymanov Azərbaycana qayıtmış, könüllü surətdə milli orduya yazılmışdı. Polkovnik Süleymanov Ağdərə, Marquşevan, Turşsu, Laçın, Zəngilan, Qubadlı döyüşlərində iştirak etmişdi. Bir neçə hərbi əməliyyatlarda hünərlə iştirak etmişdi. Natiqin qardaşı Nəriman, bibisi oğlu Elçin, əmiləri Vaqif və Şahbaz da onunla bir yerdə erməni quldurlarına qarşı vuruşmuşdu.

Polkovnik Süleymanov 1992-ci il avqust ayının 15-də üç rəngli bayrağımızı Şişqayadakı hündür təpəyə sancarkən düşmən snayperi tərəfindən öldürülmüşdü.
Süleymanov Natiq Kamal Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş