Səmədov Gündüz Hidayət oğlu 17 noyabr 1957-ci ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olmuşdur. O, S.Vurğun adına 6 saylı orta məktəbi bitirmiş, orta məktəbi bitirdikdən sonra Qaradağ ipək kombinatında işləmişdir. Gündüz Səmədov 1975-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və iki ilə yaxın Sverdlovsk şəhərində xidmət etdikdən sonra 1977-ci ildə Azərbaycana qayıdıb Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Gündüz Səmədov 1982-ci ildə ailə həyatı qurmuş və iki övladı dünyaya gəlmişdir. O, 1985-ci ildə Şuşa İslah əmək koloniyasında nəzərətçi vəzifəsinə təyin edilmişdir. Nizam-intizamı, davranışı və işgüzarlığı ilə rəhbərliyin böyük hörmətini qazanmış Gündüz Səmədov 1992-ci ildə kiçik leytenant rütbəsi ilə türmənin növbə rəisinin köməkçisi vəzifəsinə yüksəlmişdir. Gündüz Səmədov növbədə olduğu iş günü ərzində davamiyyətə fikir vermiş, postları diqqətlə yoxlamışdır. Gündüz Səmədov ermənilərin Şuşaya hücumunun qarşısının alınmasında böyük igidlik göstərmiş, 30-40 erməni güllələmişdir. 8 may 1992-ci ildə Şuşanın müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və 10 may 1992-ci ildə Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Mərhumun ruhuna hörmət əlaməti olaraq Gündüz Səmədovun Bakı Dövlət Universitetində şəhid lövhəsində şəkili də var. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamına əsasən Səmədov Gündüz Hidayət oğlu Azərbaycan Respublikasının «Vətən Uğrunda» ordeni ilə təltif edilmişdir.
Səmədov Gündüz Hidayət Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.